Serbiya millisinin və "Yuventus"un hücumçusu Duşan Vlahoviçin karyerasını İngiltərədə davam etdirəcəyi ilə bağlı məlumatlar səngimir.
Fanat.Az xəbər verir ki, bu barədə son informasiyanı "Todofichajes" yayıb.
Xəbərə görə, Vlahoviçin xidmətində London "Arsenal"ı maraqlıdır. Mənbə "topçular"ın serb forvardı yanvarda heyətinə qatmaq üçün hərkətə keçdiyini və Duşanın bu varianta isti yanaşdığını vurğulayıb.
Xatırladaq ki, 23 yaşlı Vlahoviçin "Yuventus"la müqaviləsinin müddəti 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub. Cari mövsüm A Seriyasında 9 matça çıxan ön xətt oyunçusu 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun transfer qiymətini 70 milyon avro ilə dəyərləndirir.
Nihat