Braziliyanın "Fluminense" klubunun yarımmüdafiəçisi Andre karyerasını İngiltərə nəhəngində davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, məlumatı sosial şəbəkə hesabları üzərindən jurnalist Jak Talbot yayıb.
Xəbərə görə, Andrenin xidmətində cari mövsüm uğursuz çıxışla diqqət çəkən "Mançester Yunayted" maraqlıdır. Mənbə Kazemironun uzun müddətə sıradan çıxdığını əsas gətirərək "qırmızı şeytanlar"ın idarəçilərinin Andrenin dayaq yarımmüdafiəçisi mövqeyində yaranan problemi aradan qaldıracağına inandıqlarını vurğulayıb.
Qeyd edək ki, 22 yaşlı Andrenin "Flumininense" ilə müqaviləsinin müddəti 2026-cı ilin dekabrına qədərdir.
Nihat