İngiltərə millisinin baş məşqçisi Qaret Sautgeyt yığmanın və "Bayern Münhen"in forvardı Harri Keyndə nə çatmadığını deyib.
Fanat.Az xəbər verir ki, "Bayern & Germany" Sautgeytin sözlərini belə çatdırıb:
"Hər bir futbolçu mükafatlar, titullar qazanmaq istəyir. Bizim hamımızın məqsədi budur. Əlbəttə, Harri fərdi mükafatlarla fəxr edir. Amma özü ilə danışsanız, başa düşəcəksiniz ki, o, klubla və ya milli ilə də nələrsə qazanmaq istəyir. Düşünürəm ki, hazırda Keynin çatışmayan cəhəti budur”.
Qeyd edək ki, Keyn “Bayern”ə bu yay "Tottenhem"dən transfer olunub. Sözügedən futbolçunun Almaniya nəhəngi ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədərdir. "Transfermarkt" portalı Harrinin transfer qiymətini 110 milyon avro ilə dəyərləndirir.
Nihat