"Çelsi"nin baş məşqçisi Maurisio Poçettino İngiltərə Premyer Liqası çərçivəsində baş tutan görüşdə - "Tottenhem"lə oyunda (4:1) karyerasının ilk het-trikini reallaşdıran hücumçu Nikolas Ceksonun performansını dəyərləndirib.
Fanat.Az xəbər verir ki, argentinalı mütəxəssis fikirlərini "zadəganlar"ın rəsmi saytına bölüşüb:
"Bu, həmişə davam bir prosesdir və het-trik Ceksonla bağlı fikrimi dəyişməyib. Niko hələ gəncdir. O, daha yetkin olmalı və təkmilləşməlidir. Üç qol vurması yaxşıdır, amma altısını vurmalı idi. Əsas fikir budur: qol sayı heç vaxt kifayət deyil.
Sakit və təmkinli qalması vacibdir. Niko zaman keçdikcə təkmilləşəcək və qollar vuracaq. Çünki istedadlı oyunçudur. Uğurlu matçlar onun oyunlara fərqli yanaşa bilməsinə kömək edəcək".