15:37 11.11.2023 580

"Elitaya vəsiqə qazansaq..." - "Karvan"ın vitse-prezidenti hədəfləri açıqladı

Birinci Liqanın  "2023/2024 mövsümünün çempionluğa iddialı komandalarından biri də "Karvan"dır.  Yevlax təmsilçisinin vitse-prezidenti  Bəhruz Musayevlə  əlaqə saxlayıb klubun hədəfləri və planları ilə maraqlandıq.

Musayevin Fanat.Az-a müsahibəsini təqdim edirik:

- "Karvan" hər ev oyununa kifayət qədər azarkeş gəlir. Stadionun tutumunun artırılması nəzərdə tutulub ?
- Xeyr, artırılma nəzərdə tutulmayıb. Bilirsiz ki, bizim stadiona giriş pulsuzdur.  İstəyirik ki, daha çox azarkeş gəlib dəstəyini nümayiş etdirsin. Komandamız ilk pilləni tutaraq güclülər dəstəsində təmsil olunsa, oturacaqların sayının artırılması mümkündür.
- İlk turlarda çempionluq təssuratı yaradan komandanın ilk pillədən uzaq düşməsinin səbəbi nədir? 
- Komanda yeni yaranıb, heyət də yeni formalaşıb. Artıq 8 tur geridə qalıb. Turnir cədvəlinə baxsaq, liderlə aramızda 5 xallıq fərq var. İkinci ,üçüncü və dördüncü pillələrdə olan komandalarla aramızdakı xal fərqi isə 2-yə və 3-ə bərabərdir. Çalışacağıq ki, birinci dövrənin son oyununda "Şamaxı" ya qarşı yaxşı nəticə qazanıb ikinci dövrəyə xoş əhval-ruhiyyədə başlayaq. 
- Kluba əlavə sponsorların cəlb edilməsi yönündə nə yenilik var?
- Noyabrın 15-də Futbolun İnkişafı Fondu Birinci Liqa və İkinci Liqa komandaları ilə görüş keçirəcək. Düşünürəm ki, bu görüşün əsas məqsədi sponsorların cəlb olunmasıdır. Rayon rəhbərliyi və sponsorumuzun dəstəyini alırıq. Sponsor təkliflərinə isə hər zaman açığıq. Stadionumuza tablo quraşdırmışıq. Birinci Liqada çıxış edən klubumuza legionerlər cəlb etmişik. Stadionumuzun ərazisinə yaxın yerdə yeni baza inşa etdiririk. Düşünürük ki, bu baza Yevlax şəhərində futbolun inkişafına töhfə verəcək.
- "Karvan"a yeni legionerlərin gətirilməsi gündəmdədirmi?
- Komandamızda hazırda beş legioner var. Nigeriyalı, qabonlu, Fil dişi sahilindən olan, iranlı və gürcüstanlı legionerlər baş məşqçinin sərəncamındadır. Komandanın əsas hədəfi Premyer Liqadır. Elitaya vəsiqə qazansaq, yerlilərlə yanaşı legioner futbolçuların da cəlb olunması əsas hədəflərimizdən biri olacaq. Amma indi yeni bir legionerlərin gətirilməsi planda yoxdur. Birinci Liqada legioner limiti var. Meydanda üç legioner oyunçu yer ala bilər. Bizdə də limit dolub.

Nahid Məmmədov

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

08 İyul 2025
18:20

Vüqar Nadirov "Şəmkir"ə qayıtdı, oyunçu seçimləri elan etdi

17:44

Azərbaycanı Avropa birinciliyində 20 boksçu təmsil edəcək

17:23

Ferqyuson bütün zamanların ən yaxşı britaniyalısının adını açıqladı

17:05

Hakanın "Qalatasaray"dan istədiyi maaş bilindi - MƏBLƏĞ

16:44

Azərbaycan Boks Federasiyasında məşqçilərlə görüş keçirildi

16:26

U-15-lərin səssiz savaşı: Neftçala təəssüratları

16:07

Azərbaycan millisi ikinci qələbəsini qazandı

15:48

UEFA "Real Madrid"in apellyasiya şikayətini rədd etdi

15:29

"Araz-Naxçıvan"ın ÇL hazırlığı bəlli oldu - Qazaxıstan və Gürcüstan komandaları ilə...

15:10

"Sabah"ın səfər matçı üçün biletlərin qiymətləri bilindi

14:51

İliç rəhbərliyi altında oynamış həmyerlisini "Sumqayıt"a gətirə bilər

14:33

''Qalatasaray'' kolumbiyalı futbolçunun izinə düşdü - Danışıqlar başladı

14:15

Azərbaycan millisinin müdafiəçisi yeni mövsümə harada başlayacaq? - SON DURUM

13:56

Şahin Diniyev "Sabah"ın rəqibinin bu özəlliyini vurğuladı - AÇIQLAMA

13:37

"Səbail"dən ayrıldı, "Karvan"a qoşuldu - RƏSMİ

13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

12:24

Azərbaycan millisi İslandiyaya qarşı

12:06

"Napoli" "Qalatasaray"ın Osimhen üçün göndərdiyi bu təklifə də razı olmadı - MƏBLƏĞ

11:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:28

UEFA Konfrans Liqasında mübarizə başlayır, komandalarımız gözləyir

11:09

"Qarabağ" Avstriyadakı ilk oyunda belə uduzdu - VİDEO

10:51

Avropa çempionu klubunu dəyişdi

10:32

Çempionlar Liqası bu gün 10 oyunla start götürür

10:13

“Azərlotereya”nın komandası çempion oldu

09:54

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:35

"Qəbələ"nin akademiya ismarıcı: AFFA-nın cavabı və cavabsız qalan suallar

09:18

Klublararası dünya çempionatında ilk finalçı müəyyənləşir

09:00

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

00:14

ACF daha 24 klub və idman təşkilatına 5 illik lisenziya təqdim etdi

07 İyul 2025
23:18

"Neftçi"nin sabiq prezidenri ÇL-ə təyinat aldı

22:46

"Qarabağ"ın yeniyetmələri "Marcet"li həmyaşıdlarını "kötəklədilər"

22:15

"Sabah" üçün asan olmayacaq" - Arif Əsədov

21:59

"Qarabağ" Avstriyada 4 qol vurub uduzdu

21:16

AFFA prezidenti pakistanlı həmkarı ilə görüşdü

20:39

"Sabah" Avropa Liqası üçün 25 oyunçu sifariş etdi - SİYAHI

20:03

"Zirə"də yeni müqavilə - RƏSMİ

19:50

Premyer Liqa klubu hücumçusu ilə vidalaşdı

19:38

Rakitiç "Zirə"nin rəqibini tərk etməyəcək - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X