"Nyukasl"ın baş məşqçisi Eddi Hau "Əl-Hilal"ın yarımmüdafiəçisi Ruben Neveşin mümkün transferi barədə yayılan məlumatlara münasibət bildirib.
Fanat.Az xəbər verir ki, onun dediklərini tanınmış insayder Fabritsio Romano sosial şəbəkə hesabları üzərindən belə çatdırıb:
"Neveşi “Vulverhempton”da oynayanda da bəyənirdik. Komandamızı gücləndirə biləcək keyfiyyətli oyunçulardan danışırıqsa, mən istənilən klubdan transferlərə edilməsinə müsbət yanaşıram.
Səudiyyə Ərəbistanı çempionatından icarəyə qadağa? Bu cür qaydaların tətbiqinin mənası barədə özünüz düşünsəniz, daha yaxşı olar. Bu məsələyə münasibət bildirməyəcəm".
Xatırladaq ki, 26 yaşlı Neveş "Vulverhempton"dan "Əl-Hilal"a bu yay transfer olunub.
Nihat