"Bayern Münhen"in hücumçusu Harri Keyn hansı futbolçu ilə eyni komandada oynamaq istədiyini deyib.
Fanat.Az xəbər verir ki, AS ingilis ulduzun sözlərini belə çatdırıb:
"Lionel Messi ilə eyni komandada oynamaq istəyərdim. Lionel futbol tarixinin ən böyük oyunçularından biridir. Messi ilə eyni komandanın formasını geyinsəydik, o, mənə davamlı şəkildə qol ötürmələri verərdi".
Xatırladaq ki, Keyn “Bayern”ə bu yay "Tottenhem"dən transfer olunub. Sözügedən futbolçunun Almaniya nəhəngi ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədərdir. "Transfermarkt" portalı Harrinin transfer qiymətini 110 milyon avro ilə dəyərləndirir.
Bu yay PSJ-dən ayrılan Messi azad agent qismində "İnter Myami"yə qoşulub.
Nihat