"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasının 12-ci turu çərçivəsində sabah "Çelsi"yə qarşı keçirəcəkləri matç barədə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, ispaniyalı mütəxəssis "şərhərlilər"in rəsmi saytına danışıb:
"Çelsi" ən vacib klublardan biri olaraq qalır. Onlar Tomas Tuxelin rəhbərliyi altında bizə qalib gələrək Çempionlar Liqasını qazandılar. Düzdür, son vaxtlar Premyer Liqanın qalibi adını qazanmağa yaxın olmayıblar, amma şübhəsiz ki, ən güclü komandalardan biridirlər. Onlar aqressivdirlər və yaxşı oynayırlar. Bizi mövsümün ən çətin oyunlarından biri gözləyir. Yaxın gələcəkdə “Çelsi” titullar üçün mübarizə aparacaq. Buna heç bir şübhəm yoxdur”.
Qeyd edək ki, "Çelsi" və "Mançester Siti" arasında keçiriləcək görüş Bakı vaxtı ilə 20:30-da başlayacaq.
Nihat