"Milan"ın və İtaliya millisinin sabiq müdafiəçisi Paolo Maldini Səudiyyə Ərəbistanına yollanmağa yaxındır.
Fanat.Az xəbər verir ki, məlumatı sosial şəbəkə hesabları üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Xəbərə görə, Maldini sözügedən ölkənin "Əl-İttihad" klubunun direktoru postuna ən real namizəddir. Mənbə klub bosslarının onunla razılığa gəldiklərini vurğulayıb.
Xatırladaq ki, 55 yaşlı Maldini bu yay 2018-ci ildən işlədiyi "Milan"dan ayrılıb.