Səudiyyə Ərəbistanı çempionatının 13-cü turu çərçivəsində səfərdə “Əl-Vahda” ilə qarşılaşan "Əl-Nəsr" rəqibini 3:1 hesabı ilə məğlub edib.
Fanat.Az xəbər verir ki, Kriştianu Ronaldu Aleks Telles və Abdulela Əl-Əmirinin fərqləndiyi görüşdə komandasının 3-cü qoluna imza atıb.
Cristiano Ronaldo now has 350 AWAY GOALS in his career, MOST IN HISTORY.pic.twitter.com/qdwSJbAozE
— CristianoXtra (@CristianoXtra_) November 11, 2023
Ev sahiblərinin yeganə qolunu isə 81-ci dəqiqədə Anselmu vurub.
Qeyd edək ki, “Əl-Nəsr” 31 xalla ikinci yerdə qərarlaşıb. Ronaldu bu mövsüm komandasının heyətində 12 görüşə çıxaraq 13 qol vurub.