"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq İngiltərə Premyer Liqasının 13-cü turu çərçivəsində "Everton"la oyunu buraxacaq.
Fanat.Az xəbər verir ki, bu barədə “Athletic” məlumat yayıb.
Mütəxəssis "Luton"la oyunda (1:0) hakimlə mübahisə etdiyi üçün xəbərdarlıq alıb. Bu vərəqə niderlandlı mütəxəssis üçün cari Premyer Liqa mövsümündə üçüncü olub. Reqlamentə əsasən, o, artıq bir oyunu buraxmaq məcburiyyətində qalıb.
"Everton" - "Mançester Yunayted" matçı noyabrın 26-da keçiriləcək.
Mirağa