“Qarabağ”ın qapıçısı Andrey Lunyovun durumu bəlli olub.
Fanat.Az xəbər verir ki, qolkiperin agenti Anton Smirnov onun zədəsi ilə bağlı özünün sosial şəbəkə hesabında paylaşım edob.
“Bütün bağlar və menisklər sağlamdır. Allah qorusu. Hamımız dua edirdik. Andrey artıq özünü daha yaxşı hiss edir. Dekabrın 1-də "Mölde" ilə oynamaq şansı var”.
Xatırladaq ki, Lunyov Avropa Liqasının qrup mərhələsində “Bayer”lə oyunda (0:1) zədələnərək əvəzlənmişdi.
31 yaşlı rusiyalı ötən yay azad agent kimi "Qarabağ"a keçib. Onunla müqavilə 2024-cü ilin iyunun sonuna kimi imzalanıb.
Mirağa