İtaliyanın son çempionu "Napoli"də tezliklə baş məşqçi dəyişikliyi reallaşa bilər.
Fanat.Az xəbər verir ki, tanınmış insayder Fabritsio Romano bu dəyişikliyin məhz milli komandalara görə yaranan fasilə müddətində baş tutacağını iddia edir.
"Napoli"nin son turda evdə "Empoli"yə 0:1 hesabı ilə uduzmasından sonra klub rəhbərliyinin Rudi Qarsiyaya ümidləri tam tükənib. Klubda heç kim Qarsiyanın fasilədən sonra "Atalanta", "Real Madrid", "İnter" və "Yuventus"la görüşlərdə uğurlu nəticə qazana biləcəyinə inanmır.
Ötən mövsüm Skudetto qazanaraq Çempionlar Liqasında 1/4 finala yüksələn "Napoli" bu mövsüm 12 liqa oyunundan sonra ötən ilin müvafiq dövrü ilə müqayisədə 11 xal az toplayıb.
Mirağa