Pol Poqbanın dopinqə, Nikolo Facolinin isə mərcə görə cəzalandırılmasından sonra yarımmüdafiəçi ovuna çıxan "Yuventus" axtardığını İngiltərədə tapıb.
Fanat.Az xəbər verir ki, informasiyanı "Gazzetta dello Sport" yayıb.
Mənbənin məlumatına görə, Turin klubu "Mançester Siti"nin ulduzu Kelvin Filipsi əldə etməyə yaxındır. 27 yaşlı futbolçunun da qışda İngiltərə təmsilçisini tərk edib “Yuventus”a getməyə isti yanaşdığı bildirilir. Belə ki, o, Pep Qvardiolanın planına daxil deyil. İngilis yarımmüdafiəçi bu mövsüm bütün yarışlarda cəmi 6 oyuna çıxıb. O, 2022-ci ilin yayından - "Lids"dən "şəhərlilər"ə keçdikdən sonra isə cəmi 27 oyunda forma geyib. Filips həm zədələrdən əziyyət çəkir, həm də fiziki hazırlığı yerində deyil. Bununla belə, o, Massimiliano Alleqrinin axtardığı əsas futbolçudur.
Mirağa