Almaniya Bundesliqa çempionatının on birinci turunda böyük hesablı qələbə qazanan "Bayer" Çempionlar Liqasının iştirakçısı "Union Berlin"in qapısından dörd cavabsız qol keçirib.
Fanat.Az xəbər verir ki, "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində rəqibi olan Xabi Alonsonun komandası 11 turda toplanan xalların cəminə (10 qələbə, 1 heç-heçə - 31 xal) görə Bundesliqa rekordunu təkrarlayıb.
Sonuncu dəfə belə nəticə 2015/2016 mövsümündə "Bayern Münhen" tərəfindən əldə olunub. Söhbət Pep Qvardiolanın Münhen klubunun sükanı arxasında olduğu vaxtdan gedir.
"Bayer" Almaniya çempionatının növbəti turunda səfərdə “Verder”lə qarşılaşacaq. Görüş 25 noyabrda olacaq.
Mirağa