"Real Madrid" rəhbərliyi klubun tibb şöbəsinin direktoru Niko Mihiçi postundan uzaqlaşdırıb.
Fanat.Az xəbər verir ki, məlumatı "Marca" yayıb.
Xəbərə görə, 2017-ci ildən bu işdə çalışan Mihiçlə əməkdaşlığa zədəlilərin sayının çoxluğu səbəbindən son qoyulub. Mənbə onun yerini kimin tutacağı ilə bağlı məlumat verməyib.
Qeyd edək ki, "Real" hazırda İspaniya çempionatının turnir cədvəlində 2-ci pillədə mövqe tutub.