İngiltərə Premyer Liqasının 12-ci turunda "Brentford"un qapısına iki dəfə yol tapan Məhəmməd Salah yubiley qoluna imza atıb.
Fanat.Az xəbər verir ki, "Liverpul"un 31 yaşlı forvardı İngiltərə klublarının forması ilə vurduğu qolların sayını 200-ə çatdırıb.
Salah 198 dəfə mersisaydlıların, 2 dəfə isə "Çelsi"nin heyətində qol sevinci yaşayıb. Misirli hücumçuya ən çox qol ötürməsi verən futbolçu isə Roberto Firminodur. "Liverpul"un sabiq braziliyalısı 22 dəfə Məhəmmədin qol vurmasına şərait yaradıb.
Qeyd edək ki, Salah 2017-ci ildən "Liverpul"un uğurları üçün çalışır.
Nihat