"Olimpik Marsel"in hücumçusu Pyer-Emerik Obameyanq karyerasının ən yaxşı dönəmini harada keçirdiyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, AS nəşri 34 yaşlı qabonlunun dediklərini belə çatdırıb:
"Barselona"da olduğum yarım il karyeramın ən yaxşı dönəmi idi. Heç vaxt oyunlardan və məşqlərdən oradakı qədər zövq almamışam. Hətta istirahət günləri də məşqlərə gedirdim. Bu, inanılmza idi".
Xatırladaq ki, Obameyanq "Olimpik Marsel"ə bu yay "Çelsi"dən keçib. Cari mövsüm Liqa 1-də 11 matça çıxan afrikalı 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat