"Liverpul"un baş məşqçisi Yürgen Klopp turnir cədvəlində 1 xal geri qaldıqları lider "Mançester Siti" ilə səfər oyunu ərəfəsində açıqlama verib.
Fanat.Az-ın məlumatına görə, alman mütəxəssis fikirlərini "qırmızılar"ın rəsmi saytına bölüşüb:
"Hələ noyabrdır və liderlər qrupundakı digər komandalarla xal fərqimizin çox olmaması əladır, amma oyunumuz hələ idealdan uzaqdır. Çox da yaxşı oyun sərgiləmədən xallar qazanırıq. İrəlidə hələ çox matç var. Mart-aprel aylarında indiki yerimizdə olsaq, həmin vaxt turnir cədvəlindəki vəziyyətdən və real şanslardan danışa bilərik".
Qeyd edək ki, hazırda "Mançester Siti"nin 28, "Liverpul"un isə 27 xalı var.
Nihat