"Neftçi" klubunda baş məşqçi istefası reallaşıb.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, paytaxt təmsilçisinin U-19 komandasının çalışdırıcısı İlyas Qurbanov postundan ayrılıb.
Futbolçu kimi ilk peşəkar klubu “Neftçi” olan İlyas Qurbanov 2018-ci ildən "ağ-qaralar"da məşqçiliyə başlamışdı.
UEFA-nın “A” kateqoriyalı məşqçilik lisenziyasına malik olan Qurbanovun yeni iş yeri də bəllidir. O, Premyer Liqada çalışacaq. Belə ki, əldə etdiyimiz məlumata görə, 44 yaşlı mütəxəssis "Kəpəz"də köməkçi-məşqçi olacaq. Başqa sözlə, o, təyinatı tezliklə açıqlanacaq yeni baş məşqçi Adil Şükürova yardım edəcək.
Mirağa