“Barselona”nın baş məşqçisi Xavi Ernandes mətbuatda davamlı tənqidlərə görə komandada yaranan pis atmosferdən şikayətlənib.
Fanat.Az xəbər verir ki, tanınmış insayder Fabritsio Romano kataloniyalı mütəxəssisin dediklərini belə çatdırıb:
“Şübhəsiz, mətbuatdan gələn tənqidlər komandaya təsir edir. Bu, futbolçu olanda başıma gəlmişdi. İndi yenidən görürəm. Ətrafımızda bizə zərər verən mənfi atmosfer yaranıb. Mediada deyilənlərin hamısı oyunçulara təsir edir”.
Qeyd edək ki, İspaniya mətbuatı "Barselona"nın bəzi futbolçularının Xavinin iş üsullarından narazı olduğu iddia edir.
"Barselona" La Liqanın bu mövsümündə 13 matçda 30 xal toplayıb. Kataloniya komanda İspaniya çempionatının turnir cədvəlində 3-cü yerdə qərarlaşıb.
Mirağa