İspaniya La Liqasının 13-cü turu çərçivəsində dünən keçirilən matçda - "Vilyarreal"ı yendikləri (3:1) ev oyununda qol vuran Antuan Qrizman sözügedən klubun ən yaxşı bombardirləri siyahısında 2-ci yerə qalxıb.
Fanat.Az xəbər verir ki, Fransa millisinin forvardı "Atletiko Madrid" forması ilə vurduğu qolların sayını 169-a çatdırıb. Onun paytatx təmsilçisinin ən sərrast futbolçusu olan Luis Araqonesə (172 qol) çatmasına 3 qol qalıb.
Qeyd edək ki, Qrizmannın "Atletiko" ilə müqaviləsinin müddəti 2026-cı ilin iyununda başa çatacaq.