“Barselona”nın hücumçusu Robert Levandovski İspaniya çempionatının 13-cü turunun “Alaves”lə oyununda (2:1) komanda yoldaşı Lamin Yamalın hərəkətindən narazı qalıb.
Fanat.Az xəbər verir ki, epizodların birində Yamal rəqibin cərimə meydançasında Levandovskiyə ötürmə vermədiyi üçün polşalı forvard ona iradlarını bildirib və əlini sıxmaqdan imtina edib.
Xatırladaq ki, Levandovski bu görüşdə dubla imza atıb.
13 tura 30 xal toplayan "Barselona" İspaniya çempionatının turnir cədvəlində 3-cü pillədə qərarlaşıb. Kataloniya təmsilçisi lider "Jirona"dan 4 xal geri qalır.
Robaert cari mövsüm "Barsa" forması ilə bütün turnirlərdə 14 matça çıxıb. Bu qarşılaşmalarda 8 qol vuran təcrübəli futbolçu 4 məhsuldar ötürmə müəllifi olub.