"Sumqayıt" baş məşqçisi Aqil Məmmədovla müqavilənin müddətini yeniləyib. Fanat.az xəbər verir ki, 42 yaşlı mütəxəssis daha bir il komandanı çalışdıracaq.
Qeyd edək ki, Aqil Məmmədov 2011/12 mövsümündə “Sumqayıt”da futbolçu kimi çıxış edib. Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi 2012-ci ilin yanvarında karyerasını rəsmən bitirib və əvəzedici komandaya köməkçi-məşqçi təyin olunub. Sumqayıt şəhərində anadan olan və Sumqayıt futbol məktəbinin yetirməsi Məmmədov 2012/13 mövsümündə əsas komandada Bernhard Raabın köməkçisi olub. O, 2013/14 mövsümündən isə "Sumqayıt"ın baş məşqçisidi.
Fanat.az