Səudiyyə Ərəbistanı klublarının bu qış heyətə qatmaq istədikləri iki tanınmış futbolçunun adları bəlli olub.
Fanat.Az xəbər verir ki, məlumatı "The Telegrph" yayıb.
Xəbərə görə, bunlar "Mançester Yunayted"in vingeri Ceydon Sanço və "Tottenhem"in forvardı Rişarlisondur. Mənbə ərəblərin artıq bu yöndə çalışmalara başladıqlarını vurğulayıb.
Sançonun MY ilə müqaviləsinin müddəti 2026-cı ilə qədərdir. Ceydon cari mövsüm 3 oyuna cəmi 76 dəqiqə oynayıb.
"Tottenhem" ilə anlaşmasının müddəti 2027-ci ilə qədər nəzərdə tutulan Rişarlison isə bu mövsüm Hotspur təmsilçisinin forması ilə bütün turnirlərdə 11 matça çıxaraq 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.