Luqansk "Zorya"sının hücumçusu Eduardo Qerrero klubu icazəsiz tərk edib.
Fanat.Az "ТаТоТаке" "Telegram" səhifəsinə istinadən xəbər verir ki, hücumçu UEFA Konfrans Liqası çərçivəsində "Makkabi" ilə matçdan sonra heç kimə demədən düşərgədən ayrılıb.
Qerrero Kosta Rika ilə Konkakaf Millətlər Liqasının 1/4 final mərhələsi (17 və 21 noyabr) görüşlərinə dəvət almışdı və beynəlxalq pəncərə zamanı milli komandaya getməli idi. Ancaq o, Ukrayna Premyer Liqasının 14-cü turunun LNZ ilə oyunundan sonra Panamaya yollanmalı idi. Lakin o, cümə günü səhər Lüblindən birbaşa vətəninə uçub.
Mənbə panamalı futbolçunun gedişinə səbəb kimi onun “Makkabi” ilə matçda fasilə zamanı Valeri Kriventsovla münaqişə yaşadığını göstərib. Görünür, Qerrero Kriventsovun istefa verəcəyindən xəbərsiz olub. Belə ki, "Makkabi" ilə matçda 1:3 hesabı ilə uduzan klubun rəhbərliyi baş məşqçini qovub.
İstənilən halda, Ukraynaya qayıtdıqdan sonra Qerreronu böyük cərimə gözləyir.
Mirağa