"Real Madrid" Almaniya Bundesliqasının lideri "Bayer Leverkuzen"in üç futbolçusu ilə ciddi maraqlanır.
Fanat.Az xəbər verir ki, bu barədə "Football Transfers" məlumat yayıb.
Mənbənin məlumatına görə, hücumçu Viktor Bonifase, yarımmüdafiəçi Florian Virts və müdafiəçi Ceremi Frimponq “Kral klubu”nun maraq dairəsindədir. Bu futbolçulardan birinin qış transfer pəncərəsində İspaniya nəhənginə keçəcəyi iddia olunur.
Xabi Alonsonun baş məşqçisi olduğu "Bayer" Almaniya çempionatında ikinci yerdə qərarlaşan "Bayern Münhen"i iki xal qabaqlayaraq turnir cədvəlinə başçılıq edir. Leverkuzenlilər Azərbaycan çempionu "Qarabağ"ın Avropa Liqasının qrupundakı rəqiblərindəndir. Ağdam klubu almanlara hər iki görüşdə uduzub (1:5, 0:1).
Mirağa