Braziliyanın “Palmeyras” klubunun cinah müdafiəçisi Artur Rusiya “Zenit”inin maraq dairəsindədir.
Fanat.Az xəbər verir ki, informasiyanı jurnalist Xorxe Nikola yayıb.
Mənbə artıq Sankt-Peterburq təmsilçisinin futbolçunun transferi üçün təklif etdiyi məbləği də açıqlayıb.
Belə ki, Rusiya çempionu yarımmüdafiəçi üçün 12 milyon avro təklif edib. Ancaq bu məbləğ “Palmeyras”ı qane etməyib. Braziliya tərəfi futbolçusu üçün ən azı 20 milyon almaq istəyir.
Artur bu mövsüm 13 qol vurub və 3 məhsuldar ötürmə edib.
“Zenit” ilk dövrənin nəticələrinə görə Premyer Liqada ikinci pillədə qərarlaşıb. Sankt-Peterburq komandası lider "Krasnodar"dan iki xal geri qalır. Sankt-Peterburq klubu noyabrın 18-də Bakıda "Neftçi" ilə yoldaşlıq görüşü keçirəcək.
Mirağa