“Napoli”nin yarımmüdafiəçisi Xviçi Kvaratsxeliyanın maraqlarını təmsil edən agent Nukri Revişvili gürcü futbolçunun hansı klublarda oynamaq arzusunda olduğunu açıqlayıb.
Fanat.Az xəbər verir ki, "Sport24"-ə danışan Revişvili onların adlarını deyib:
“Xviçanın ağlasığmaz işgüzarlığı var. O, artıq "Napoli"yə keçib, komandada özünü göstərib, lakin daha yaxşı oynamaq istəyir. O, "Real Madrid"də, "Barselona"da çıxış etməyə can atır. O, həmişə böyümək üçün motivasiyaya sahibdir”.
Kvaratsxeliya 2023/2024 mövsümündə İtaliya çempionatında "Napoli"nin heyətində 11 oyun keçirib və bu görüşlərdə üç qol vurub, üç məhsuldar ötürmə edib. Onun transfer qiyməti 85 milyon avro qiymətləndirilir.
Mirağa