"Atletiko Madrid"in vingeri Alvaro Morata mövsümə yaxşı başlamasının səbəbini açıqlayıb.
Fanat.Az xəbər verir ki, "Marca" onun dediklərini belə çatdırıb:
"Yayda baş məşqçimiz Dieqo Simeone ilə söhbət etdik. Bu, qərar qəbul etmək üçün çox vacib idi. Həmin söhbətdən sonra özümü komandanın vacib oyunçusu saydım ki, mənə də məhz bu lazım idi. Məşqçinin və komanda yoldaşlarının səni dəstəklədiklərini hiss edirsənsə, hər şey asanlaşır. İndi özümü ən sevimli sayır, ev oyunlarında bunu anlayır və dəyərləndirirəm. Çempionluq uğrunda sona qədər mübarizə aparacağıq. Bu hədəf üçün geniş imkanlarımız və yaxşı heyətimiz var".
Cari mövsüm 15 matça çıxan Morata 12 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
12 tura 28 xal toplayan "Atletiko" La Liqanın turnir cədvəlində 4-cü pillədə qərarlaşıb. Lider "Jirona"nın isə 34 xalı var.
Nihat