14:10 15.11.2023 638

"Zenit"ə Rusiyada qol vurmuşam, bunu yenə edə bilərəm" - Mirzov

Milli komandaların oyunlarına görə yaranmış fasilədən istifadə edən "Neftçi" noyabrın 18-də Bakıda Rusiya nəhəngi "Zenit"lə yoldaşlıq görüşü keçirəcək. 

Fanat.Az xəbər verir ki, bu gün "Neftçi Arena"da oyunöncəsi mətbuat konfransı reallaşıb. 

Medianın önünə "ağ-qaralar"ın rusiyalı legioneri Reziuan Mirzov çıxıb. Hücumçu "Zenit"lə oyun barədə fikirlərini bildirib:

- Fürsətdən istifadə edərək ilk növbədə Azərbaycan xalqını ərazi bütövlüyünün bərpası münasibətilə təbrik etmək istəyirəm. Daha əvvəl jurnalistlər qarşısına çıxmadığım üçün təbrik bu vaxta təsadüf etdi.

Oyuna gəlincə, uzun müddət Rusiya Premyer Liqasında çıxış etmişəm. Mən oynadığım zaman "Zenit"də məşhur futbolçular çox idi və komanda rəqiblərindən bir neçə dəfə üstün idi. İndi isə o vaxtkı dominantlıq yoxdur. 
Çünki "Zenit" çox dəyişib, hazırda əvvəlki kollektiv yoxdur.

Tula "Arsenal"ında olanda "Zenit"ə 4:2 hesabı ilə qalib gəlmişdik və qollardan birini mən vurmuşdum. Həmin vaxt Tula təmsilçisi UEFA Avropa Liqasında "Neftçi"yə rəqib olmuşdu. Çalışacağam ki, qarşıdakı yoldaşlıq oyununda da bu komandaya qol vurum.

- Azarkeşlər “Neftçi”nin oyunundan narazıdırlar. Onlara nə demək istəyirsiniz, gəlib komandanı dəstəkləsinlər?

- Çətin dövr yaşayırıq. Azarkeşləri də başa düşürük. Sonuncu oyunumuz da yaxşı alınmadı. Sizi inandırıram, bu bizi də narahat edir. Növbəti oyunlara hazırlaşıb qalib gəlmək və vəziyyəti dəyişməyə çalışacağıq.

- İlk vaxtlar əsas heyətə düşə bilmirdiniz, indi isə daha tez-tez meydana çıxırsınız. 

- Çox vaxt itirdim. Üç ay yalnız fərdi şəkildə məşq etdim. Komanda ilə heç bir məşqim olmayıb. Yalnız bura gələndən sonra forma almağa başladım. Hələ indi də ən optimal formada deyil. Məşqlər və matçlar vasitəsilə forma alıram. Artıq daha çox meydanda oluram və hər matçda özümü daha yaxşı hiss edirəm.

- “Neftçi” çempionatdakı bu fasilədən və “Zenit”lə qarşıdakı oyundan nə qazanacaq?

- Belə böyük rəqiblə görüş yaxşı təcrübə və böyük faydadır. Rusiya komandaları UEFA-nın sanksiyalarına görə beynəlxalq turnirlərdə oynaya bilmir və bu, onlar üçün də böyük fürsətdir. Bütövlükdə bu matç hər iki ölkənin xeyrinə olacaq. Bu oyundan sonra komandada ab-hava yaxşılaşacaq. 

- Maraqlıdır ki, “Neftçi” Premyer Liqada səfərdə evdə olduğundan daha yaxşı oynayır. Səbəb nədir? Bəlkə azarkeş təzyiqi var? 

- Düzü, mən də bilmirəm. Öz meydanımızda çox oyun keçirməmişəm. Daha yaxşı oynamalı, doğma tribunalar qarşısında qələbə qazanmalıyıq. Qarşıda beş qarşılaşma var ki, onlardan dördü evdədir. Ev sindromu olmadığını göstərəcək, vəziyyəti düzəldəcəyik.

- Yayda “Neftçi” “Zenit”ə uduzub (1:3). Üç gün sonra “Zenit”i məğlub edəcəyinizə söz verə bilərsinizmi? 

- Əvvəldən emosiyalarla danışmağı, təmtəraqlı sözlər söyləməyi sevmirəm. Qalib gəlsək, sevincimizi emosiyalarla göstərəcəyik. 

- Elədirsə, “Sumqayıt”la oyun öncəsi videogörüntü haqda nə düşünürsünüz?

- Maraqlı idi. Təəssüf ki, qalib gələ bilmədik. Amma ümumilikdə video motivasiya oldu. Rusiyada hər oyundan əvvəl belə yanaşmalar olurdu. 

- Qarşıda üç ev oyunu, daha sonra isə “Qarabağ”a səfər matçı var. Bu sizi qorxutmur? 

- Belə bir cədvəldən qorxursansa, oynamamaq daha yaxşıdır. İlk dəqiqədən son dəqiqəyə qədər gərginlik olanda rəqabət aparan komandalara qarşı oynamaq həmişə xoşdur. Əksinə, bu, məni stimullaşdırır. Evdə maksimum xal toplamaq lazımdır. Turnirdəki mövqeyimiz "Neftçi"yə uyğun deyil. Bu vəziyyətdən hamımız birləşib birlikdə çıxmalıyıq. Biz bunu edə bilərik.

- Kabardin-Balkarda oynamısınız. Orada Azərbaycan çempionatında oynaya biləcək futbolçular varmı? 

- İlk ömcə, deyim ki, bizim iki millətimiz var: kabardinlər və balkarlar. Balkar dili də türk dillərindən biridir. Respublikamızda perspektivli futbolçularımız var. Ancaq Azərbaycan çempionatı maraqlı və gərgin keçir.

Qeyd edək ki, "Neftçi" - "Zenit" matçı noyabrın 18-də adıçəkilən arenada keçiriləcək və saat 21:00-da başlayacaq.

Mirağa

Redexphoto
Oxşar xəbərlər

phrase_var_core.lent

11 phrase_var_core.may 2025
02:24

Liqa 1: PSJ 3 xalı 4 qolla qazandı

02:09

İtaliya A Seriyası: "Yuventus" son dəqiqə qolu ilə yıxıldı

01:50

İspaniya La Liqası: "Atletiko" qələbəni darmadağınla qazandı

00:53

Türkiyə Super Liqası: "Qalatasaray" Trabzon səfərindən 3 xalla ayrıldı

00:31

Almaniya Bundesliqası: "Bayern Münhen"dən inamlı qələbə

10 phrase_var_core.may 2025
23:56

İPL: “Mançester Siti” "Sauthempton"la bacarmadı

23:11

İki komandanın Bundesliqanı tərk etməsi dəqiqləşdi

22:30

"Azarkeşlərimizin qarşısında utanırıq"- Kurban Berdiyev

22:06

"Hədəfi qalmayan komandanın futbolçularına motivasiya vermək çox çətindir" - Samir Abasov

21:45

"İmişli" klubu bəyanat yaydı

21:23

MPL: "Zirə" də səfərdə sevindi, "Neftçi" də

20:48

Rəşad Sadıqov "Səbail"ə qalib gəldikləri oyunu belə dəyərləndirdi

20:24

"Xoşbəxtəm, "B" kateqoriyam ola-ola, ağır yükü mənə verdilər" - Elvin Məmmədov

19:55

Renat Dadaşov oynadı, komandası qələbə həsrətinə son qoydu

19:20

Dadaşova Gürcüstanda medal qazandı

18:51

Bakıda “Zəfər Kuboku” başladı

18:20

Arne Slot Aleksandr-Arnolda əvəzləyici tapdı

17:56

"Sumqayıt" "Kəpəz"lə oyuna itkilərlə çıxacaq - AÇIQLAMA

17:13

Avropa kuboku: İlk gündə 1 qızıl, 1 gümüş, 1 bürünc medal qazanıldı

16:47

Səlcuk İnan klubsuz qaldı

16:22

Azərbaycan liqalarında “Ayın qolu”nun qalibləri müəyyənləşdi

15:56

“Belarusla ikinci oyunumuz da çətin olacaq” – Azərbaycan millisinin üzvü

15:05

"Kəpəz"in yeni rəhbərliyi bilindi -RƏSMİ

14:49

"Yuventus" Osimheni bu qiymətə aparır - MƏBLƏĞ

14:00

MY 39 yaşlı qapıçıya müqavilə təklif etdi

13:31

PSJ-nin prezidenti klubun 600 işçisinə məktub göndərdi - Mükafatlandırılacaqlar

12:50

İngiltərə Premyer Liqasında ayın ən yaxşı məşqçisi bilindi

12:24

ABL: "Neftçi" - "Sabah" oyununun vaxtı bilindi

11:55

“Biləndə ki, Heydər Əliyev oyuna baxmağa gələcək, gücümüz ikiqat artırdı" - VİDEO

11:16

Azərbaycan millisinin heyəti müəyyənləşdi

10:48

Fabreqas İtaliyada bu mükafatı qazandı

10:23

"Əl-Nəsr" Ronaldu ilə yolları ayırır - SON DURUM

09:30

Qvardiola Xabi Alonsonun "Bayer"dən ayrılmaq qərarına münasibət bildirdi

09 phrase_var_core.may 2025
23:43

Rişarlison "Tottenhem"i digər İngiltərə klubuna dəyişmək üzrədir

23:10

"Ümid edirəm ki, biz bunu bacaracağıq" - "Tottenhem"in hücumçusu

22:38

"Oyundan məmnunam" - Vasili Berezutski

22:23

Mahirə hədiyyə verdilər, komandası... - FOTO

22:19

"Ayıbdır" - Ayxan Abbasov

21:45

Yamal İngiltərədə oynamaq istədiyi iki yerin adını çəkdi

21:14

"O zərbə qola çevrilsəydi, "İmişli"ni öz meydanımızda da məğlub edəcəkdik" - Füzuli Məmmədov

phrase_var_core.fb
X