Almaniya Bundesliqasında məşqçi istefası reallaşıb.
Fanat.Az xəbər verir ki, "Union Berlin"in çalışdırıcısı Urs Fişer qovulub.
Məlumatı Berlin təmsilçisinin rəsmi saytı yayıb. Mütəxəssisin bazar ertəsi klub prezidenti Dirk Zinqler ilə görüşdüyü və onunla əməkdaşlığa son qoyulduğu bildirilib. Sözügedən mütəxəssisin yerini müvəqqəti olaraq klubun U-19 komandasının baş məşqçisi Marko Qrotenin tutacağı da diqqətə çatdırılıb.
Fişer 2018-ci ildən "Union"u çalışdırırdı. O, ilk mövsümündə komandanı Bundesliqaya daşımağı bacarıb və növbəti illərdə elitada qalmasını təmin edib. Berlinlilər Fişerin rəhbərliyi altında tarixində ilk dəfə Konfrans Liqası, Avropa Liqası və Çempionlar Liqasında mübarizə aparmaq hüququ qazanıb.
Nihat