"Liverpul"un müdafiəçisi Vircil van Deyk komandasının çempionluq şanslarını dəyərləndirib.
Fanat.Az xəbər verir ki, "Manchester Evening News" niderlandlı futbolçunun dediklərini belə çatdırıb:
"Ümid edirəm ki, çempion olacağıq. Bazar günü paltardəyişmə otağında heyətimizə nəzər saldım və U-23 olduğumuzu düşündüm. Amma ustalıq səviyyəmiz qaydasındadır. Kifayət qədər yaxşısansa, deməli, yetərincə böyüksən. Necə olacağını zaman göstərəcək. Çempionluq üçün bizə bir qədər bəxt, zədələrdən qaça bilmək və sabitlik lazımdır. Ümumilikdə bu mövsüm işlərimiz yaxşı gedir. Ancaq təbii ki, məsələ noyabrda həll olunmayacaq".
Qeyd edək ki, İPL-in turnir cədvəlində 2-ci pillədə mövqe tutan "Liverpul" növbəti turda özündən 1 xal irəlidə olan liderin - "Mançester Siti"nin qonağı olacaq.
Nihat