"Mançester Yunayted" 16 il bu klubda çalışan icraçı direktor Riçard Arnoldla yolları ayırıb.
Fanat.Az xəbər verir ki, məlumatı "qırmızı-şeytanlar"ın rəsmi saytı yayıb.
Ayrılığın Arnoldun öz istəyi ilə baş tutduğu bildirilib. Onun vəzifəsini müvəqqəti olaraq klubun baş hüquq məsləhətçisi Patrik Stüart tutacaq. Postundan gedən Riçardın isə dekabra qədər MY-yə kömək edəcəyi bildirilib.
İngiltərə nəhənginin həmsahibi Coel Qleyzer Arnolda uzun illər kluba verdiyi faydaya görə təşəkkürünü bildirib və ona uğurlar arzulayıb.