19:17 15.11.2023 680

“Hər oyunda 2:0, 3:0 hesablı qələbə istəyirəm, amma…” - De Byazi

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi İsveç yığmasına qarşı keçiriləcək AÇ-2024-ün seçmə mərhələ oyunu öncəsi fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, italyan mütəxəssis bu gün təşkil edilən mətbuat konfransında sabahkı matçda bunları söyləyib:

“İsveç FIFA reytinqində 23-cü yerdədir, biz isə aşağı pillələrdəyik. Buna baxmayaraq, heç kim deyə bilməz ki, meydanda əlimizdən gələni etmirik. Ürəyimizi ortaya qoyuruq. Müdafiədə və ya hücumda səhvlər edirik, bu, bizə baha başa gəlir. 5 komandanın yer aldığı qrupda Azərbaycan yığması tarixində ilk dəfədir ki, 4-cü pillədədir. Sabahkı matçda da uğurlu nəticə qazanmağa çalışcağıq”.

O, sabahkı görüşdə qapıda Şahruddin Məhəmmədəliyevin dayanacağını bildirib: “Rəşad Əzizlini də bəyənirəm, gəncdir, gələcəkdə bizə kömək edə bilər”.

Baş məşqçi Azərbaycan millisində çalışdığı 3 il ərzində çox dəyişikliklər olduğunu söyləyib: “Biz maksimum gücümüzdən də artığını edirik. Təbii ki, hər oyunda 2:0, 3:0 hesablı qələbə istəyirəm. Amma rəqibləri də nəzərə almaq lazımdır. Belçika və Avstriyaya qarşı çox yaxşı oynamışıq”.

İtaliyalı çalışdırıcı 27 futbolçuya dəvət göndərməsinin səbəbini də açıqlayıb: “Heyətdə yalnız Emil Səfərovun ayağında problem var. Bu barədə “Qəbələ”nin baş məşqçisi ilə danışmışam. Əla futbolçudur, gələcəkdə milliyə çox köməyi dəyəcək. Sabah oynamayacaq. Belçika ilə matça hazır ola bilər. Qısa müddətdə iki ağır oyunumuz olacaq. Hamıya şans verməyə çalışacağam. Hər iki qarşılaşmada gücümüzü 110 faiz meydanda qoymalıyıq. 27 nəfər çağırmağımın səbəbi odur ki, 4 nəfər sarı vərəqə limitindədir. Onlardan kimsə sarı vərəqə alsa, növbəti görüşü buraxacaq”.

Baş məşqçi qələbə təqdirində qrupda 3-cü pillədə yer alan İsveçə çatacaqlarını xatırladıb: “Sabah qələbə qazansaq, İsveçi haqlayacağıq. Bunu reallaşdırmağa çalışacağıq. Ardından qrupdakı son görüş barədə düşünəcəyik”.

De Byazi yığmanın yaxşı hücumçulara malik olduğunu vurğulayıb. O, İsveç çempionatında uzun müddətdir qol vura bilməyən Musa Qurbanlı ilə bağlı sualı da cavablandırıb: “Təkcə hücumçulardan yox, hamıdan qol gözləyirəm. Qol mental məsələdir. Hücumçu rəqibin qapısına yaxın olduğu üçün qol vurmaq şansı çox olur. Yaxşı hücumçularımız çoxdur. Musaya çox ümid bəsləyirik, gənc oyunçudur. Azərbaycandan kənarda yeni təcrübəyə başlayıb. Cərimə meydançası daxilində qol hissiyatı var. Ümid edirəm ki, sabahdan başlayaraq bu tendensiya artar”.

Noyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək Azərbaycan - İsveç görüşü saat 21:00-da başlayacaq. F qrupunda yer alan millimiz 6 oyundan sonra 4 xalla 4-cü pillədə qərarlaşıb. Hesabında 7 xal olan İsveç isə üçüncüdür.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

12 May 2025
19:10

ÇL-in finalını idarə edəcək hakimlərin adları açıqlandı

18:37

Ançelotti Braziliya millisinin baş məşqçisi oldu - RƏSMİ

18:13

"Qarabağ" rəsmisi UEFA Akademiyasının kursuna qatıldı

18:02

Ançelotti rəsmi müqaviləyə imza atdı - Bu tarixdə "Real"ı tərk edəcək

17:51

Azərbaycanın güləş milliləri bölgələrdə toplanış keçəcəklər

17:34

"Milan"ın yarımmüdafiəçisi İngiltərə nəhənginə transfer olunmağa yaxındır

17:03

Mbappenin etdiyini XXI əsrdə heç bir "Real"lı edə bilməmişdi

16:44

"Skudettonun taleyi bizim əlimizdə deyil" - Simone İnzaqi

16:26

Fransa nəhəngi "Arsenal"ın müdafiəçisini istəyir

16:08

"Bu, biabırçılıqdır, biabırçılıq" - Sabiq "Real"lı Vinisiusu qınadı

15:50

Ukrayna tarixinin "ən yaxşı"sı Özbəkistana qayıdır

15:31

Gimnastlarımız Polşada 17 medal qazandılar

15:13

"Sumqayıt" Vaqif Cavadovu istefaya göndərdi - RƏSMİ

14:38

"Barselona"nın saxlamaq istədiyi hücumçu qərarını verdi - Gedir?

14:19

"İnter" braziliyalı vingerin transferini bu tarixədək tamamlamaq istəyir

14:02

"Son iki addım əvvəl ağlımızdan da keçməyən hədəf anlamındadır" - Antonio Konte

13:44

Şafranko "Sabah"ın tarixinə düşdü

13:26

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

13:08

Cavadovun mesajı, Rəfiyevin inadı

12:50

"Bəli, Sadio ilə aramızda müəyyən gərginlik var idi" - Məhəmməd Salah

12:32

"Aston Villa"da oynadığım günlər üçün darıxıram" - "Yuventus"un futbolçusu

12:14

“Qarabağ”ın kapitanı yubiley oyununa çıxdı, tarixdə 6-cı futbolçu oldu

11:57

Xabi Alonsonun "Real Madrid"ə keçəcəyi tarix bəlli oldu

11:38

Azərbaycan cüdoçularından Sloveniyada 2 medal qazandılar

11:20

Ançelotti "Barselona"ya məğlubiyyəti şərh etdi - "Hər kəs bizə istədiyi qiyməti verə bilər"

11:01

"Turan Tovuz" "40"-a çatdı

10:43

Premyer Liqada 3 oyun eyni vaxtda başlayacaq

10:25

Tomas Müllerin yeni klubu müəyyənləşdi - SON DURUM

10:06

"Mançester Yunayted" bir oyunda iki antirekordla yadda qaldı

09:47

Millimizdən böyük irəliləyiş - Reytinq

09:25

Berdiyev utandı, “Səbail” elitanı rəsmən tərk etdi – Tura baxış

09:00

"El Klasiko" tarixində hələ belə şey olmamışdı - Rekord

01:07

İspaniya La Liqası: "El klasiko"nu yenə "Barsa"qazandı, "Atletik"ə 1 qol bəs etdi

00:50

İtaliya A Seriyası: "Napoli" büdrədi, "İnter" faydalandı

00:24

Almaniya Bundesliqası: "Əczaçılar" evdə "arılar"a təslim oldular

00:06

İPL: “Çelsi" səfərdə, MY evdə uduzdu, "Liverpul" "Arsenal" ilə heç-heçə etdi

11 May 2025
23:45

Türkiyə Super Liqası: "Beşiktaş" İstanbulda coşdu

23:04

"Aralarında diqqətimi cəlb edənlər var, amma..." - Qurban Qurbanov

22:41

"Qarabağ" bizdən qat-qat üstün və istəkli idi" - Elmar Baxşıyev

22:34

"Zirə"nin əvəzidicilərindən darmadağın, "Neftçi-2" 90+5-də xilas oldu

Facebookdan bizi izləməyi unutmayın.
X