"Barselona"nın keçmiş kapitanı Karles Puyol komandanın məşqində iştirak edib.
Fanat.Az xəbər verir ki, kataloniyalıların əfsanəvi oyunçusu bu addımı ilə böhran içində olan komandaya dəstək nümayiş etdirib.
"Mundo Deportivo"nun iddiasına görə, baş məşqçi Xavi Ernandes "Barsa"dakı vəziyyətə nəzarəti itirir və buna görə də keçmiş kapitan oyunçuları motivasiya etmək qərarına gəlib. O, keçmiş komandasının məşqinə gələrək Xavini qucaqlayıb, köhnə tanışları ilə söhbət edib və futbolçulara məsləhətlərini verib.
La Liqanın 13 turundan sonra "Barselona" 30 xalla La Liqada 3-cü pillədə qərarlaşıb.
Mirağa