"Milan"ın cinah müdafiəçisi Alessandro Florentsi oyunlara pul qoymaqda ittiham edilir.
Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Xəbərə görə, Turin prokurorluğu 32 yaşlı Alessandro ilə bağlı araşdırmalara başlayıb və günahı sübuta yetiriləcəyi halda, onu diskvalifikasiya gözləyir.
Qeyd edək ki, Florentsi cari mövsüm "Milan" forması ilə 13 oyuna çıxıb.
Nihat