Hazırda işsiz olan avstriyalı futbol məşqçisi Oliver Qlasner Almaniya Bundesliqasında çalışmağa yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı "Bild" yayıb.
Mənbənin məlumatına görə, "Union Berlin" 49 yaşlı mütəxəssisin xidmətində maraqlıdır. Tərəflərin artıq danışıqlara başladığı bildirilir.
Paytaxt klubu uğursuz nəticələrə görə bu həftə Urs Fişeri istefaya göndərib. Komanda 11 turdan sonra cəmi 6 xal toplayaraq Almaniya çempionatında sonuncu yeri tutur.
Qlasnerin son iş yeri Frankfurt "Ayntraxt"ı olub. Mütəxəssis bu klubla birlikdə 2022-ci ildə Avropa Liqasının qalibi olub.
Mirağa