"Mançester Siti"nin yarımmüdafiəçisi Rodri komanda yoldaşı Erlinq Holandın 2023-cü ildə "Qızıl top"a layiq olduğunu deyib.
Fanat.Az xəbər verir ki, AS nəşri yarımmüdafiəçinin dediklərini belə çatdırıb:
“Dünya çempionatı mövsümün ən vacib hadisəsidir. Lakin bu, mövsümün yeddi və ya səkkiz ayından bir ayında baş verən yarışdır. Halbuki, bütün mövsümün nəticələri əsas götürülməlidir. İlk mövsümündə vurduğu qollara görə bütün rekordları qıran və mümkün olan hər şeyi qazanan Holandın "Qızıl top"a yiyələnməli olduğunu düşünürəm. Mən onun qalib gəlməsini istərdim, amma başqaları qərar verir”.
Qeyd edək ki, Holand səsvermədə Argentina millisi ilə dünya çempionatının qalibi olan argentinalı Lionel Messidən geri qalaraq, 2-ci yeri tutub .
Mirağa