Noyabrın 3-də Premyer Liqasının 12-ci turunda "Turan-Tovuz"la matçda ağır xəsarət alan "Səbail"in oyunçusu Ağabala Ramazanovla bağlı yenilik var.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, hücumçu artıq xəstəxanadan evə buraxılıb.
Həkimlər onun müalicəsini ev şəraitində davam etdirə biləcəyini bildiriblər.
Qeyd edək ki, "Turan Tovuz"la matçda ilk yarının sonunda rəqib futbolçu Faiq Hacıyevlə toqquşaraq üz nahiyəsindən xəsarət alan və daha sonra yerə yıxılaraq huşunu itirən Ramazanov dərhal təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb. Təcrübəli hücumçunun beyin silkələnməsi keçirməsindən başqa, kəllə sümüyündə bir neçə qırıq aşkarlanıb. BRamazanovun hətta 6 ay futboldan uzaq qala biləcəyi riski var.
Mirağa