"Bayer Leverkuzen"in hücumçusu Viktor Bonifase İspaniya çempionatının top-klubunda oynamaq imkanına malikdir.
Fanat.Az xəbər verir ki, bu barədə "Todofichajes" məlumat yayıb.
Mənbənin məlumatına görə, 22 yaşlı nigeriyalı hücumçunun xidmətində Madridin “Atletiko” klubu maraqlıdır. Yeni mərkəz hücumçusu axtaran paytaxt klubu bu mövqeyə ən yaxşı namizəd kimi, məhz afrikalı görür.
Viktor “əczaçılar”ın heyətində cari mövsümə uğurla başlayıb. Hücumçu Almaniya çempionatında 11 oyun keçirib, 7 qol vurub və 5 məhsuldar ötürmə verib.
Mirağa