Dortmund "Borussiya"sının yarımmüdafiəçisi Yulian Brandt karyerasını İngiltərədə davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı "Get German Football News" yayıb.
Xəbərə görə, 27 yaşlı futbolçunun xidmətində "Arsenal" və "Nyukasl" maraqlıdır. Mənbə Bundeliqa klubunun Yulianı qışda yox, gələn ilin yayında 50 milyon avroya satmağa hazır olduğunu vurğulayıb.
Cari mövsüm "Borussiya" forması ilə bütün turnirlərdə 16 matça çıxan Brandt 6 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Alman oyunçunun klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin iyununda başa çatacaq.
Nihat