Avropa Liqasının H qrupunda "Qarabağ"ın rəqiblərindən olan "Bayer Leverkuzen"in sol cinah müdafiəçisi Alexandro Qrimaldo "Real Madrid"in transfer siyahısına düşməsinə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, onun dediklərini şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano belə çatdırıb:
"Real" dünyanın ən yaxşı klublarından biridir. Bütün futbolçular ora keçmək istəyərlər. Amma mən hazırda Leverkuzendə xoşbəxtəm. İndiki komandamda özümü əla hiss edirəm.
"Barselona"nın məni yayda azad agent qismində heyətinə qatmamasının səbəbi bəllidir. Onların sol cinah müdafiəçisinə ehtiyacı yoxdur. Bu mövqedə oynayan futbolçuları var".
Qrimaldo "Barselona"nın yetirməsidir. O, "Bayer"ə bu yay "Benfika"dan ayrılaraq azad agent statusu ilə qoşulub.
Lverkuzen təmsilçisi hər iki görüşdə "Qarabağ"ı məlub edib. "Bay Arena"da 1:5 hesabı ilə yenilən təmsilçimiz Bakıda Bundesliqanın liderinə daha inamlı müqavimət göstərib - 0:1.
Nihat