Misli Premyer Liqasında ötən tur "Qarabağ"a məğlub olaraq 4-cü pilləyə geriləyən "Səbail" növbəti turda "Kəpəz"i sınağa çəkəcək.
Fanat.Az xəbər verir ki, bakılılar qərb təmsilçisi ilə oyuna ciddi itkilərlə hazırlaşır.
Zədələnərək uzun müddətə sıradan çıxan Ağabala Ramazanov, Aleksandr Ramalinqom və Cabir Əmirlidən başqa, heyətdə cəzalı oyunçu da var. Belə ki, Adi Mehremiç sarı vərəqə limitini keçib. Onun "Qarabağ"la görüşdə aldığı xəbərlarlıq bu mövsümdə 4-cü olub.
Mirağa