"Araz Naxçıvan" transfer çalışmalarını davam etdirir. Fanat.az xəbər verir ki, "Neftçi"dən Mirhüseyn Seyidovla "Simurq"dan Salif Ballonu hədəfə alan baş məşqçi Əsgər Abdullayev "Rəvan"ın 4 futbolçusunu istəyir.
Belə ki, baş məşqçi elitanı tərk edən komandadan kapitan Novruz Məmmədov, vitse-kapitan Ramazan Abbasov, müdafiəçi Orxan Lalayev və qapıçı Kamal Bayramovu komandasına aparmaq niyyətindədi. Bu futbolçuların Naxçıvan klubuna keçmək ehtimalı böyükdü.
Qeyd edək ki, "Araz Naxçıvan" bundan əvvəl AZAL-dan Emin Cəfərquliyevlə Qərib İbrahimovu heyətinə qatıb.
Fanat.az