"Bayern Münhen" azarkeşləri Almaniya nəhənginin oktyabr ayı üçün ən yaxşı futbolçusunu müəyyənləşdiriblər.
Fanat.Az xəbər verir ki, ingilis hücumçu Harri Keyn bütün komanda yoldaşlarını qabaqlayıb.
Ulduz forvard ümumi səslərin 48 faizini toplayıb. Keynin əsas rəqibləri vinger Leroy Zane (20 faiz) və qapıçı Sven Ulrayx (11 faiz) olub.
Xatırladaq ki, "Bayern" Keyni bu yay "Tottenhem"dən transfer edib. Onun Bundesliqa klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.
Nihat