Almaniya Bundesliqasında tarixi ilk reallaşıb.
Fanat.Az xəbər verir ki, elita təmsilçisi "Union Berlin"də müvəqqəti olaraq baş məşqçi funksiyasını yerinə yetirəcək Marko Qrotenin köməkçilərindən biri qadın olacaq.
Bu, sabiq futbolçu Mari-Luiza Etadır. 32 yaşlı Eta bundan öncə "Union"un U-19 komandasında Qrote ilə birlikdə çalışıb.
Qeyd edək ki, "Union" dünən klub tarixinin ən uğurlu məşqçisi sayılan Urs Fişerlə yolları ayırdığını açıqlayıb.