Ukraynanın "Veres" klubu iki futbol agenti ilə əməkdaşlığı dayandıraraq onları "persona non qrata" elan edib.
Fanat.Az xəbər verir ki, bu barədə Rovno klubunun mətbuat xidməti açıqlama yayıb.
Söhbət Maksim Karaqodin və Nikita Şvetsdən gedir.
“Veres klubunun rəhbərliyi Ukrayna futbol ictimaiyyətinə üz tutaraq digər komandaların da sözügedən agentlərlə əməkdaşlı dayandırmağı təklif edib: "Maksim Karaqodin və Nikita Şvets hazırda klubumuz üçün "persona non qrata"dır. Biz bütün futbolçulara, xüsusən də Ukrayna komandalarının gənc oyunçularına müraciət ünvanlayırıq. Qoy onlar da futbolçuların gələcəyini deyil, öz maraqlarını düşünən bu “funksionerlər"lə əməkdaşlıqdan çəkinsinlər".
“Veres”in bu cür davranışına səbəb agentlərin Dmitri Qodinin “Karpatı”ya transferinə mane olmasıdır. Halbuki Rovno klubu bu keçid sayəsində xəzinəsini 500 min avro zənginləşdirə bilər.
Mirağa