Uruqvay millisi son dünya çempionu Argentinanın bir ilə yaxın davam edən "quru" seriyasını dayandırıb.
Fanat.Az xəbər verir ki, Argentina 2026-cı il dünya çempionatının seçmə mərhələsində Uruqvayla görüşdə 2 cavabsız top buraxaraq uduzub.
41-ci dəqiqədə Ronald Araujo, 87-ci dəqiqədə Darvin Nunyes fərqləniblər.
"Opta"nın məlumatına görə, "Barselona"nın futbolçusu 2023-cü ildə Argentinaya qol vuran ilk futbolçu olub. Sonuncu dəfə bunu fransalı hücumçu Kilian Mbappe (het-trik edərək) dekabrın 18-də baş tutan DÇ-2022-nin finalında etmişdi.
Beləliklə, Argentina millisinin "quru" seriyası 8 matçda dayanıb. Bütün səkkiz halda komanda qalib gəlmişdi. Ümumiyyətlə isə Lionel Messi və komandası 14 ardıcıl qələbədən sonra meydanı məğlub tərk edib.
Mirağa