İqor Mitreski, Bahodir Nasimov və Pavel Doroşevlə yollarını ayıran "Neftçi" transfer çalışmalarını davam etdirir. Fanat.az xəbər verir ki, Böyükağa Hacıyevin hansı mövqelərə futbolçu axtardığı məlum olub.
Baş məşqçi cinah yarımmüdafiəçisi və hücumçu axtarır. Hazırda bu mövqelərə namizəd futbolçular var. Onlarla danışıqlar davam edir.
Qeyd edək ki, "Neftçi" "Simurq"dan Nicat Qurbanovu, "Araz Naxçıvan"dan Emil Balayevi və Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Şaab" klubundan Julius Vobayı geri qaytarıb.
Fanat.az